...Hər şeydən əvvəl qeyd edək ki, bu gün rus qoşunlarının paytaxt Kiyevdən geri çəkilməsini müxtəlif yerə yozurlar. Məsələn, çoxları bunu Rusiyada artıq yaranmaqda olan qıtlıqla, yəni resurs tükənmələri ilə əlaqələndirirlər. Doğrudur, bu gün Kreml özünü “tox tutub” bunları büruzə vermək istəməsə də, amma bəzi ölkə səlahiyyətlilərindən sızan xəbərlər bunun əksini deyir.
Misal üçün, belə səlahiyyətlilərdən biri kimi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi göstərmək olar. Belə ki, bir müddət bundan əvvəl o, hazırda ölkəsinin çətin günlər yaşadığını etiraf etmişdi.
Amma, deyim ki, bunu, yəni rusların Kitevdən geri çəkilməsini başqa yerə yozanlar da var.
Yenə başqa bir misal: Pentaqon hesab edir ki, Rusiya qoşunlarının Kiyevdən çıxarılmasını gərginliyin azaldılması kimi qəbul etmək doğru deyil. Qeyd edək ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi “MSNBC” telekanalına verdiyi açıqlamada bildirib.
Maraqlıdır ki, o, həmçinin Pentaqon rəsmilərinin Rusiya ilə əlaqə saxlamağa çalışdıqlarını və bu təşəbbüsün uğursuzluqla sonunclandığını da etiraf edib: "Biz Rusiya ordusundakı həmkarlarımızla əlaqə saxlamaq üçün çoxsaylı cəhdlər etdik, çünki hesab edirik ki, indi bu cür ünsiyyət üçün ən vacib vaxtdır. Lakin ruslar hələ ki, cavab verməyiblər”.
...Rus qoşunlarının çıxarılması ilə bağlı başqa maraqlı bir nüans: bu gün ABŞ Rusiyanın Donbas bölgəsində daha da fəallaşdığının nəzərə çarpdığını deyir. Hətta Pentaqon səlahiyyətlisi Con Kirbi Donbassa minə yaxın “vaqnerit”in gətirildiyini də bildirir.
Məlumatı olmayanlar üçün bildirim ki, “vaqnerit”lər Rusiyanın Sankt-Peterburq şəhərindən olan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qruplaşmanın hələ 2013-cü ildə Suriya döyüşlərində Rusiya muzdlu birləşməsindən qaynaqlandığı da bildirilir. Amma reallıq budur ki, bu gün qruplaşmanın tərkibindəki muzdlular təkcə slavyan xalqlarından deyil, həm də əksər Afrika ölkələrinin nümayəndələrindən formalaşdırılıb.
...Beləliklə, rusların martın 29-dan bəri “start götürən geriçəkilməsi” hələ ki, müəmma olaraq qalmaqdadır.
Amma bu arada Baş Qərargah rus qoşunlarının bu “geri çəkməsini” Kiyevi mühasirəyə almaq planından imtina etdiyi barədə yalan illüziya yaratmaq olduğunu da istisna etmir.
Qeyd edək ki, bundan əvvəl Putinin köməkçisi Vladimir Medinski Kiyev və Çerniqov istiqamətində kontingentin guya ixtisar edildiyini açıqlamışdı. Bundan əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi “xüsusi əməliyyatın” birinci mərhələsinin başa çatdığını və Donbassda hücumlara keçidin tamamlandığını iddia edirdi.
Bu arada ABŞ-ın Müdafiə Nazirliyi Rusiya qoşunlarının bir hissəsinin Kiyev və Çerniqov istiqamətlərindən çıxarılmasını düşmən qüvvələrinin yeni zərbə üçün yenidən qruplaşmasına işarə olduğunu bildirir.
Amma buna baxmayaraq, Rusiya Müdafiə Nazirliyi və Rusiya nümayəndə heyətinin İstanbuldakı nümayəndələri iddia edirlər ki, Rusiya qoşunlarının Kiyev və Çerniqov vilayətlərindən çıxarılması guya Ukrayna və Rusiya Federasiyası arasında aparılan danışıqlarda irəliləyişlə bağlıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB