Qara dənizdə "üzən" dəniz minalarına

Ukrayna bu minalara görə Rusiyanı günahlandırır
Qara dənizdə "üzən" dəniz minalarına

Ukrayna Xarici İşlər Nazirliyi martın 26-28-də Türkiye və Rumıniyada görülən dəniz minalarının 2022-ci ilin əvvəlindən Ukrayna Hərbi Dəniz Qüvvələrində qeydə alınmadığını bildirib.

SİA xəbər verir ki, nazirliyin rəsmi saytında verilən açıqlamada Rusiya hərbi qüvvələrinin 2014-cü ildə Ukraynanın Sevastopol şəhərinin müvəqqəti işğalı zamanı ələ keçirdiyi dəniz minalarından istifadə edərək, beynəlxalq tərəfdaşların iştirakı ilə Ukraynanı qəsdən təxribata və nüfuzdan salmağa çalışdığı bildirilib.

Bəyanatda bildirilib ki, Rusiya bütün Qara dənizdə, Azovda, eləcə də Kerç və Qara dəniz boğazlarında dəniz minalarını bilərəkdən fərq qoymadan hərəkət silahına çevirib, hər şeydən əvvəl mülki nəqliyyatı və dənizdəki insan həyatını təhdid edir.

Açıqlamada Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiya Hərbi Dəniz Qüvvələrinin mülki gəmiləri ələ keçirib məhv etmək və Ukraynanı dənizdən bombalamaqla yanaşı, dəniz minalarından da yeni bir “piratçılıq üsulu” kimi istifadə etdiyi bildirilib. Sürüklənən minaların istifadəsi və onların gözlənilməz nəticələrinə görə məsuliyyətin yalnız Rusiya Federasiyasına və onun donanmasına aid olduğu vurğulanıb.

BMT də Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Qara dənizdə görünən dəniz minalarına aid beynəlxalq sulardakı minaların ciddi narahatlıq doğurduğunu bildirib.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik "Hadisələri izləyirik, beynəlxalq sulardakı hər növ mina son dərəcə narahatlıq doğurur. Xüsusilə də beynəlxalq daşımalara təsiri baxımından. Haqqında danışdığımız region həm Rusiya, həm də Ukraynadan ərzaq ixracı üçün kritik əhəmiyyətə malikdir" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə