İbrahim Kalın CNN telekanalına müsahibә verib

İbrahim Kalın CNN telekanalına müsahibә verib

Türkiye prezidentinin sözçüsü İbrahim Kalın Amerika Birlәşmiş Ştatları vә digәr aktyorlara ‘‘S-400’’ mәsәlәsinin bağlandığını bildirdiklәrini söylәyib.

SİA-nın əldə etdiyi məlumata görə, İbrahim Kalın deyib: ‘‘NATO-ya üzv olan Türkiyeyə dəstək olmaq istəyirsinizsə, Türkiyə ordusunun ehtiyacı olan keyfiyyətli silahları və ‘‘Patriot’’ sistemini sataraq ona dəstək ola bilərsiniz”.

İbrahim Kalın CNN telekanalında yayımlanan "Connect the World" proqramının qonağı olub.

İbrahim Kalın bildirib ki, NATO-nun әn böyük ikinci ordusuna malik olan Türkiyenin hava hücumundan müdafiә sisteminә ehtiyacı var. Türkiye prezidentinin sözcüsü Amerika Birlәşmiş Ştatları vә digәr aktyorlara ‘‘S-400’’ mәsәlәsinin bağlandığını bildirdiklәrini söylәyib.

Müttəfiqlərin bir-birinə qarşı sanksiyalar tətbiq etməsinin yanlış olduğuna inandıqlarını ifadə edən İbrahim Kalın Rusiya ilə Ukrayna arasında fevralın 24-də başlayan müharibənin bu prinsipin əhəmiyyətini bir daha göstərdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə