Dördüncü "Yaxşılıq" qatarı Ankaradan Əfqanıstana yola salınıb

Dördüncü "Yaxşılıq" qatarı Ankaradan Əfqanıstana yola salınıb

Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) koordinasiyasında bir araya gələn qeyri-hökumət təşkilatlarının dəstəyi ilə hazırlanan humanitar yardım materiallarını daşıyan dördüncü "Yaxşılıq" qatarı paytaxt Ankaradan Əfqanıstana mərasimlə yola salınıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığına uyğun olaraq, AFAD-ın koordinasiyasında bir araya gələn 25 qeyri-hökumət təşkilatının dəstəyilə təşkil edilən “Əfqanıstan Yaxşılıq Qatarı Layihəsi” çərçivəsində qida, geyim və sağlamlıq ləvazimatları daşıyan dördüncü yaxşılıq səfərinin ilk qatarı üçün tarixi Ankara vağzalında yolasalma mərasimi keçirilib.

Mərasimdə çıxış edən daxili işlər nazirinin müavini İsmayıl Çataklı dördüncü "Yaxşılıq" qatarı səfərinin 3 qatarla davam edəcəyini və Əfqanıstana 1478 ton yardım materialı çatdıracağını bildirib.

Çataklı Əfqanıstanın uzun müddətdir müharibə, ölkə daxilindəki qarışıqlığı, quraqlıq, aclıq və səfalət yaşadığını bildirib:

"Əfqanıstan ürək coğrafiyamızın bir hissəsidir. 3,5 milyon insan köçkün vəziyyətindədir, 25 milyona yaxın insanın ilkin humanitar yardıma ehtiyacı var. Həmçinin 13,5 milyona yaxın uşaq üçün əsas qida əlçatan deyil".

AFAD-ın sədri Yunus Sezər Türkiyenin Ukrayna, Əfqanıstan, Livan kimi ölkələrdə çətinliyi olan insanlara kömək əlini uzatdığınıı vurğulayıb:

"Qatar xidmətlərimiz Ramazan ayında ehtiyacı olanlara çatacaq. Bu mənada çox qiymətli və dəyərli bir yardım qatarı yola salacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə