Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ondan Moskvanın bir sıra ölkələrdən qaz tədarükünə görə ödənişləri rublla almaq qərarına dair yazılı izahat istəyib.
SİA bununla bağlı Almaniya hökumətinin “rosbalt”da yer alan bəyanatında deyilir: “Kansler Şolz söhbətində təklif olunan prosedurla razılaşmayıb və bu prosedurun necə gedəcəyini daha dəqiq başa düşmək üçün ona yazılı məlumat verməyi xahiş edib”.
Qeyd olunur ki, G7 ölkələrinin razılaşması qüvvədə qalır: Rusiya enerji daşıyıcılarının tədarükü üçün ödəniş müqavilələrdə nəzərdə tutulduğu kimi yalnız avro və ya dollarla həyata keçiriləcək.
Bir daha xatırladaq ki, martın 24-də Rusiya prezidenti Vladimir Putin qeyri-dost deyilən ölkələrdən Rusiya təbii qazına görə ödənişləri yalnız rublla qəbul etməyi tapşırıb. Eyni zamanda o vurğulayıb ki, Rusiya müqavilələrdə nəzərdə tutulan həcmlərə və qiymətlərə uyğun olaraq qaz tədarükünü davam etdirəcək.
Daha sonra Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıq şəkildə Rusiyanın qaz satışıyla bağlı daha heç bir dövlətə güzəşt edilməyəcəyini (...yəni rusa dost olmadığınız üçün bundan sonra “nisyə -girməz kisəyə” deyimi sizlər üçün gündəmdədir-A.B.) açıq şəkildə bəyan etdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB