Ersin Tatar: "Kıbrıs Yunan adası olmayacaq"

Ersin Tatar: "Kıbrıs Yunan adası olmayacaq"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatar Kıbrısın Yunan adası olmayacağını bəyan edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Ersin Tatar "TAK" xəbər agentliyinə verdiyi açıqlamada Cənubi Kıbrıs Rum İdarəsinin lideri Nikos Anastasiadis və bəzi Rum siyasətçilərin Yunanıstanın Osmanlıya qarşı qiyamının ildönümü və EOKA-nın silahlı hərəkətləri ilə bağlı açıqlamalarına reaksiya verib.

Ersin Tatar Kıbrıs Rum rəhbərliyinin EOKA-nın hərəkətlərini təsdiqləyən mesajlar verdiyinə diqqət çəkib:

"Hələ də 1821-ci il ritorikasını təkrarlayırsansa, Ellinizm tərəfdarlarını sevindirəcək mesajlar verirsənsə, sənin xoş niyyətindən şübhələnirəm. Aydındır ki, zehninizdəki razılaşma Ellinizmə qapını açıq qoyan bir anlayışdır. Kıbrıs türklərinin bərabərliyinə hörmət edin”.

Türkiyə və KKTC-nin hər zaman sülh tərəfdarı olduğunu vurğulayan Tatar deyib:

"Biz xoş niyyətlə razılaşma istəyirik. Dünyadan, ünsiyyətdən , dialoqdan qopmuş, başımızı quma quylamaq kimi bir anlayışımız yoxdur. Sülh istədiyimizi hər zaman dilə gətirmişik. Türkiyənin də anlayışı eynidir."

Bütün xəbərlər Facebook səhifəmizdə