BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada 1179 mülki vәtәndaş hәyatını itirib, 1860 mülki vәtәndaş yaralanıb, 3 milyon 901 min 713 qaçqın da qonşu ölkәlәrә köçüb. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatları paylaşıb.

Açıqlamada 24 fevral-28 mart tarixləri arasında 3 milyon 901 min 713 qaçqının Ukraynadan qonşu ölkələrə köçdüyü bildirilib.

Açıqlamada Polşaya 2 milyon 314 min 623, Moldovaya 385 min 222, Rumıniyaya 602 min 461, Macarıstana 359 min 197, Slovakiyaya 278 min 238 qaçqının getdiyi bildirilib.

Bu rəqəmlərə əlavə olaraq 21-23 fevral tarixlərində Donetsk və Luqansk bölgәlәrindәn 113 min qaçqının Rusiyaya keçdiyi qeyd edilib.

Mәlumatda hәmçinin yüz minlәrlә qaçqının da digәr Avropa ölkәlәrinә keçdiyi bildirilib.

Birlәşmiş Millәtlәr Tәşkilatı yanında Beynәlxalq Köç Tәşkilatı Ukraynada 6,5 milyon mülki vәtәndaşın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını bildirib. Belәliklә qonşu ölkәlәrә köçәnlәrlә birkildә evlәrini tәrk edәn ukraynalıların sayı 10 milyona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə