''Rәsmi Moskvanın atacağı addımları izlәyәcәyik''

''Rәsmi Moskvanın atacağı addımları izlәyәcәyik''

ABŞ prezidenti Co Bayden Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Türkiyedə aparılan danışıqları izlədiklərini açıqlayıb.

Cozef Bayden bu barədə Ağ Evdə Sinqapurun Baş naziri Li Hsien Lunq ilə görüşdən sonra mətbuat konfransında bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Cozef Bayden qeyd edib ki, rәsmi Moskvanın bundan sonra atacağı addımları da izlәyәcәyik.

Jurnalistin "Rusiyanın bu gün Kiyevdəki və Ukraynanın şimalındakı başqa bir şəhərdəki qoşunlarını ixtisar edəcəyi barədə açıqlamasına münasibətiniz necədir? Müharibənin sona yaxınlaşması ehtimalını görürsünüzmü? Yoxsa sizcə, Rusiya vaxt udmağa çalışır?" sualına Bayden belə cavab verib:

"Rusiyanın hərəkətlərini görməyincə mən heç nə deyə bilmərəm. Dediklərini edəcəklərmi, görəcəyik. Bu gün Türkiyedə danışıqlar oldu. Mən də NATO-dakı tərəfdaşlarımız Fransa, Almaniya və İngiltərənin liderləri ilə də görüşdüm. Rusların təklifinin nə olduğunun görülməsi ilə bağlı fikir birliyi var”.

Bayden Rusiyanın addımlarını izlədiklərini, Rusiyaya qarşı sanksiyaları və Ukraynaya müdafiə yardımlarını davam etdirəcəklərini vurğulayıb.

Digər tərəfdən, Ağ Ev ABŞ prezidentinin Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliya baş naziri Mario Draqi və İngiltərə baş naziri Boris Consonla telefonla danışdığını açıqlayıb.

Mәlumatda bu ifadәlәrә yer verilib: ‘‘Liderlər Rusiyanın ədalətsiz və əsassız hücuma qarşı özünü müdafiə etmək üçün Ukraynaya təhlükəsizlik yardımını davam etdirmək mәsәlәsindәki qәtiyyәtlәrini vurğulayıblar ’’.

Bütün xəbərlər Facebook səhifəmizdə