Ukrayna Rusiyanın hәrbi itkilәrini açıqlayıb

Ukrayna Rusiyanın hәrbi itkilәrini açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 17 000-dən çox hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 131 təyyarə, 131 helikopter, 605 tank, 1 723 zirehli döyüş maşını, 305 artilleriya qurğusu, 54 hava hücumundan müdafiə sistemi, 96 reaktiv yaylım atəş sistemi, 1184 avtomobil texnikası, 7 gәmisi, 75 yanacaq çәni vә 81 pilotsuz uçuş aparatı məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə