Rusiya ordusu Ukraynanın əlində olan S-300 hava hücumundan müdafiə raket sisteminin məhv edilməsinin görüntülərini yayıb. SİA xəbər verir ki, S-300 hava hücumundan müdafiə raket sistemi Yunanıstan, Bolqarıstan və Slovakiya kimi NATO ölkələrində də mövcuddur.
Rusiya Ukraynanın kritik nöqtələrini vurmaqda davam edir. Rusiya ordusunun hücumlarında bu dəfə Ukraynanın əlində olan S-300-lər hava hücumundan müdafiə raket sistemləri hədəfə alınıb. Rusiya Ukrayna ordusunun mövqelərinə qarşı pilotsuz uçuş aparatının dəstəyi ilə əməliyyat keçirib və Rusiya istehsalı olan S-400-lərin əvvəlki versiyası olan S-300 hava hücumundan müdafiə raket sistemini məhv edib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB