Kleptomaniya nədir? - PSİXOLOQAÇIQLADI

Kleptomaniya nədir? - PSİXOLOQAÇIQLADI

"Kleptomaniya məişət dilində desək oğurluqdur. Bu oğurluq isə psixoloji xəstəliklər sinfinə aid edilir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, bəzi insanlar heç ehtiyacı olmadığı halda oğurluq edirlər: "Bu insanları kliptoman adlandırırlar. Oğurluq edən şəxs bunun fərqində olmur və ya kimdənsə qisas almaq üçün oğurluq etmirlər. Bu cür insanlar sanki oğurluq etdikləri zaman bundan zövq alırlar. Bəzən elə olur ki, oğurladıqları əşyanı heç istifadə etmirlər. İstifadə etmədən atırlar.

Kleptomaniyanın yaranmasının bir neçə səbəbləri vardır. Bunlar uşaqlıqda yaşadıqları hadisələrlə bağlıdır. Uşaqlıqda böyük travma alan insanlar bu cür davranırlar. Kleptomaniyanın başlanğıcı 2-3 yaşlarındandır. Stolun üstündən konfet oğurlayaraq başlayır. Gizlincə götürərək bunu edirlər. Lakin valideyn bunu gördüyü zaman uşağa konfeti sevərək verdiyi zaman gələcəkdə bu problemlə qarşılaşmırlar.
Bu hadisə utancverici bir hal olduğuna görə insan etiraf etməyə utanır. Son dövrlər psixologiyanın, psixoloqların inkişafı nəticəsində bu problem rahatlıqla həll olunur. Xəstədə bunu hiss etdiyim zaman həmin xəstəyə şərait yaradıram ki, narahatlığı üzə çıxsın və onu incitmədən etiraf etməyə vadar edirəm. Belə olduqda, xəstə özü də rahat olur və müalicəni müsbət qəbul edir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə