Bipolyar bozğunluq nədir?

Bipolyar pozğunluqda ailə, xəstə və həkim əməkdaşlığı vacibdir. SİA xarici mətbuata istinadən bildirib ki,
bipolyar pozğunluq dünyanın ən mühüm ictimai sağlamlıq problemləri arasında altıncı yeri tutur. Ömür boyu sürən psixiatrik pozğunluq, insanın həyat keyfiyyətinə təsir edir.

Ailə, xəstə və həkim əməkdaşlığının vacibliyinə diqqət çəkən ekspertlər bu əməkdaşlığın pozulmasının xəstənin müalicəsinə, rifahına və həyat keyfiyyətinə ciddi təsir göstərə biləcəyinə qeyd ediblər. Psixiatr Dr. Firdevs Seyfe Şen bildirib ki, ailə-xəstə-həkim əməkdaşlığı bipolyar pozğunluqda əvəzolunmaz üçlükdür. Bunlardan birində pozulma xəstənin müalicəsinə, rifahına və həyat keyfiyyətinə ciddi şəkildə mane ola bilər.

"Xəstəyə onun yanında olduğunuzu hiss etdirməyiniz və hər şəraitdə ona dəstək olmanız vacibdir. Xəstəliyin gedişi və müalicəsi ilə bağlı cəsarətləndirici olmalısınız. Səbirli olmağa çalışın. Müalicə üçün vaxt lazımdır və çox uzun müddət nəzarət altında olmalıdır. Gözləntiləri aşağı tutmaq hər zaman xəstənin xeyrinədir",- deyə psixiatr bildirib.

Süsən Heydərova

Bütün xəbərlər Facebook səhifəmizdə