Vatikan Bankı Rusiya qazının ödənişini rublla həyata keçirib. Qeyd olunur ki, dini ölkənin dini adamları Romanın mərkəzində yerləşən dövlət Rusiya Mərkəzi Bankından 10 milyon avro ekvivalentində rubl alıb.
Mənbələrin məlumatına görə, Vatikan rublla qazın alınması alqoritminə daxil olan bütün zəruri addımları tamamlayıb. Məlumat verək ki, enerji resurslarının Rusiya valyutası ilə alınması üsulu əvvəllər Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilmişdi.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl G7 ölkələri Rusiyanın enerji resurslarının pulunun milli valyuta ilə ödənilməsi tələbi ilə razılaşmamışdılar.
Buna cavab olaraq Kreml Rusiya Federasiyasının “Ümumavropa xeyriyyəçiliyi” ilə məşğul olmaq və Qərbə pulsuz qaz vermək niyyətində olmadığını bildirmişdi.
Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov göstərişə uyğun olaraq, ödənişlərin qəbulu üzrə yeni mexanizmlər hazırlandığını və hazırda bu müxanizmlər üzərində işlədiklərini də bildirmişdi.
...Belə görünür ki, alınır. Yəni ruslar...dəqiq desək, Putin artıq dəyərini itirib “konfet kağızına” dönməyə hazırlaşan rus rubluna “yeni can” vermək istiqmətində ilk addımını atdı. Deyirsiniz, Vatikanın davamçıları olmayacaq? Görərik...
..Yeri gəlmişkən, bu arada Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa ölkələrində rublla ödənişlər üçün bütün bazar imkanlarının olduğunu və bunda heç bir faciə olmadığını...lap elə bütün dünyaya bəyan edib.
O, həmçinin xarici tərəfdaşları Rusiya Federasiyasının satdığı taxta, metal, neft və digər malları rus rublu ilə almağa çağırıb.
...Bazar olsun!
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB