Rusiyanın Ukraynaya müdaxiləsindən sonra evlərini tərk edən ukraynalıların sayı 4 milyonu keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 4 milyon 20 mindən çox insanın ölkəni tərk etdiyini açıqlayıb.
Bu, Ukrayna əhalisinin təxminən onda birinə uyğundur.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB