Çeçenistan lideri oğlunu döyüşə göndərdi

Çeçenistan lideri oğlunu döyüşə göndərdi

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumunda həmişə Vladimir Putinə dəstəyini nümayiş etdirən Çeçenistan lideri Ramazan Kadırov 14 yaşlı oğlu Adamı şiddətli toqquşmaların getdiyi Mariupolda ruslar üçün döyüşməyə göndərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kadırovun 12 övladından biri olan Adam Rusiyanın strateji əhəmiyyətli limanında atasını müşayiət edərkən görüntülənib.

Kadırov oğlunun uğurları və yoldaşlarının ehtiyacları haqqında birbaşa öyrənməsini istədiyini, həmçinin paytaxtın işğalına rəhbərlik edəcəyini vəd edərək Kiyevə hərbi təzyiqləri azaldan Rusiyanın hərəkətlərində iştirak etmədiyini açıqlayıb.

Yaydığı təbliğat çarxında oğlu Adamın hərbi forma geyindiyi və atası ilə xəstəxanaya getdiyi görünür. Videoda Kadırov oğlunu rus generalı ilə tanış edir.

Adamdan başqa Kadırov daha bir neçə ailə üzvünü Mariupoldakı döyüş bölgəsinə göndərib.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə