Banda dəstələrinə qarşı tədbirlər görülüb - FOTOLAR

Banda dəstələrinə qarşı tədbirlər görülüb - FOTOLAR

Salvadorda dəstə üzvlərinin qanlı mübarizəsinə son qoymaq üçün yeni tədbir görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, həbsdə olan dəstə üzvlərini soyan polis çöldəki dəstələri qorxudub. Narkotik ticarətinin geniş yayıldığı Salvadorda 80 min banda üzvü var. Onların əksəriyyəti “MS-13” və “Barrio 18” dəstələridir. Bu 2 dəstə arasında yeni müharibə başlayıb. Cümə günündən bəri 87 nəfər həlak olub. Bunun üzərinə hökumət ölkə daxilindəki həbsxanalarda 16 min banda üzvünü bir-bir soyaraq həm onları, həm də kameralarını axtarıb.

Şiddətli dəstə müharibələri nəticəsində Salvador prezidenti Nayib Bukele ölkədə fövqəladə vəziyyət elan edib və əməliyyata başlayıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə