Hollandiya Xarici İşlər Nazirliyi gizli casus olduğunu təsbit etdiyi 17 rusiyalı diplomatın ölkədən çıxarıldığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya Rusiya diplomatlarını ölkədən çıxarıb. Hollandiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Hollandiyada gizli şəkildə kəşfiyyat məlumatları topladığı təsbit edilən 17 rus diplomatın "gizli casus" olduqları müəyyən edilərək deportasiya edildiyi bildirilib.
Bildirilib ki, Rusiya səfiri səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb və qərar barədə məlumat verilib.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB