Bankomatlarda nağd pul qıtlığı yaşanır

Bankomatlarda nağd pul qıtlığı yaşanır

Rusiyanın hücumu altında olan Ukraynada müharibə davam edərkən, digər tərəfdən banklarda nağd pul qıtlığı yaşanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukraynadakı müharibə səbəbindən bəzi bank filialları və bankomatlar yararsız hala düşüb. Münaqişələrin intensiv olduğu şəhərlərdə bank əməliyyatları dayandırılıb. Odessa şəhərində əksər bankomatlar yararsız hala düşüb, işləyən bankomatlardan pul çıxarmaq çətinləşib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə