Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına düşən raket nəticəində 12 nəfər ölüb, 34 nəfər isə yaralanıb.
Bu barədə “Telegram”da məlumat verən Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim ölü və yaralananların sayının daha artıq olacağını da istisna etməyib. SİA bu barədə “UNİAN”saytına istinad edir.
Hazırda binada xilasedicilərin işlədiyini bildirən administrasiya rəhbəri “...xoşbəxtlikdən binada xeyli az adam olduğu”nu da da etiraf edib.
Qeyd edək ki, Nikolayev Vilayət Dövlət Administrasiyasının binası səhər saatlarında vurulub. Binada az adamın olması da bununla bağlıdır.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, raketin zərbindən doqquz mərtəbəli inzibati binanın 9-cu mərtəbədən 1-ci mərtəbəsinə qədər olan mərkəzi hissəsi sonradan yanmadan tamamilə dağıdılıb.
O da bildirilir ki, bəzi OVA işçilərinin sağ qalması möcüzəyə bərabər tutulur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB