Qazaxıstanın paytaxtında beynəlxalq aeroport bağlanıb...

...hava şəraiti ilə əlaqədar
Qazaxıstanın paytaxtında beynəlxalq aeroport bağlanıb...

Qazaxıstanın Nursultan Nazarbayev Beynəlxalq Aeroportu paytaxtda hava şəraiti kəskin pisləşdiyi üçün bağlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, aeroport bu gün təxminən saat 00:00-a qədər bağlı olacaq. Paytaxtda fırtına və güclü qar yağacağı ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Akmola, Karaqanda və Pavlodar vilayətlərində bir sıra marşrutlar da bağlanıb.

Sinoptiklər martın 30-da Qazaxıstanın bəzi rayonlarında qar fırtınası, güclü külək və toz fırtınası olacağı barədə xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə