Ukraynada münaqişənin kəskinləşməsindən sonra Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Avropanın strateji muxtariyyətinə mənfi təsir göstərir.
“RİA Novosti” xəbər verir ki, bu fikri Çinin “Sinxua” nəşri bildirib. SİA bu barədə “rambler”saytına istinad edir.
Nəşrin yazdığına görə, ABŞ prezidenti Cozef Bayden Avropaya səfəri zamanı Rusiyaya təzyiqləri artırmaq üçün bir neçə təklif irəli sürüb. Məqalə müəlliflərinin vurğuladığı kimi, Amerika liderinin irəli sürdüyü tədbirlərin bir çoxu ABŞ-ın maraqlarına söykənir və Avropa ölkələrinin üzərindən asılmış problemləri həll etmək iqtidarında deyil.
Məqalədə qeyd olunur ki, Ukraynada münaqişənin kəskinləşməsindən sonra Avropada enerji, immiqrasiya və təhlükəsizlik sahəsində yaranan çətinliklər onları strateji muxtariyyət haqqında düşünməyə vadar edib.
Nəşr qeyd edib ki, Avropa dövlətləri hazırda ABŞ-ı izləməklə gələcəkdə yarana biləcək təhlükələrdən qaçmağa çalışırlar.
...Bu gün Amerika hökumətinin hərəkətləri ölkə rəhbərliyini və nüfuzunu hücuma məruz qoyub”.
Nəşr bütün bu oyunlarda ABŞ-ın əsas məqsədinin hegemonluğunu saxlamaq olduğunu vurğulayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB