Almaniyanın ən böyük enerji konserni olan “E.ON” və Avstraliyanın “Fortescue Future Industries Pty” şirkəti Avropaya ekoloji cəhətdən təmiz hidrogen tədarük etməyi planlaşdırır. Onlar bununla, regionda Rusiya qaz və neftinə olan tələbatı aradan qaldırmaq və ümumiyyətlə Moskvadan olan asılılığı azaltmaq qərarına gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Bloomberg” yayıb.
Beləliklə, şirkətlər 2030-cu ilə qədər hər il beş milyon ton yaşıl hidrogen çatdırmaq üçün birlikdə çalışacaqlar. Yanacaq Avstraliyada bərpa olunan enerji mənbələrindən istehsal olunacaq və “E.ON” tərəfindən paylanacaq.
Qeyd edək ki, beş milyon ton hidrogen Almaniyanın Rusiyadan idxal etdiyi enerjinin üçdə birini təşkil edir.
Yeri gəlmişkən onu da bildirək ki, yanacaq saxlanılması və daşınması daha asan olan maye ammonyak şəklində tədarük ediləcək və Avropanın sənaye zonalarına çatdıqdan sonra hidrogenə çevriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB