"Dövlət bütün təminatlarınızı ödəyəcək...”

"Dövlət bütün təminatlarınızı ödəyəcək...”

“...Hərbi əməliyyatlar nəticəsində ev və ya mənzil itkisinə görə dövlət kompensasiya ödəyəcək”.

Bildirək ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna vətəndaşlarına axşam videomüraciətində bildirib. O, həmçinin qeyd edib ki, “Diya” dövlət xidmətinin yeni funksionallığı işləyir.

SİA bu barədə “UNİON”saytına istinad edir.

Hökumətin mədənçilərə əmək haqqının ödənilməsi üçün 426 milyon UAH ayırdığını bildirən Zelenski, müharibə zonalarından olan miqrantlara dəstək verən qurumlara da yardım proqramının genişləndirildiyini bildirib.

“...Söz verdiyim kimi, hərbi əməliyyatlar nəticəsində ev və ya mənzil itkisinə görə dövlət kompensasiya ödəyəcək. Artıq hər bir vətəndaşımız, hər bir qadın vətəndaş “Diya”ya müraciət edə bilər. Artıq mobil tətbiqetmədə müraciət mövcuddur. Bir həftədən sonra isə oflayn rejimdə - inzibati xidmətlərin göstərilməsi mərkəzləri də istifadəyə veriləcək”.

Bunu da dövlət başçısı bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə