Ermənistanın fövqəladə hallar naziri korrupsiyada şübhəli bilinir
Ermənistanın fövqəladə hallar naziri Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, komitədə fövqəladə hallar naziri Andranik Piloyanı dindirib.
Dindirmələrin cinayət işi çərçivəsində həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB