Çinin “Global Times” qəzetinin yazdığına görə, Qərb Avropa İttifaqı və Böyük Britaniyaya gələn ukraynalı qaçqınları aldadıb.
SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Qeyd olunur ki, 3,8 milyon qaçqın Polşa, Rumıniya və Almaniyada problemlərlə üzləşib. Jurnalistlərin fikrincə, Qərb hökumətlərinin onlara lazım olan hər şeyi təmin edəcəkləri vədləri yalnız kağız üzərində qalıb.
Məqalə müəllifləri vurğulayırlar ki, qaçqınların əksəriyyəti qadınlar, uşaqlar və ən həssas sosial qruplar olan qocalardır. Jurnalistlər qeyd edirlər ki, Qərb dövlətlərinin hakimiyyət orqanlarının passiv reaksiyası nəticəsində miqrantlar öz təhlükəsizlikləri üçün ciddi risklərlə üzləşir, cinayətkarların çoxsaylı hücumlarına məruz qalırlar.
“Bəziləri hətta “bəla” gətirdiklərinə görə qaçqınları tənqid və təhqir edirlər. Bu cür hisslər avropalıların ukraynalılara göstərdiyi ilk rəğbətdən çox uzaqdır”, - məqalə müəllifləri qeyd edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB