“Alman ordusu ölkəni qorumağa hazır deyil”

“Alman ordusu ölkəni qorumağa hazır deyil”

Almaniya Bundestaqının müdafiə məsələləri üzrə komissarı Eva Höql orduya dair illik hesabatını yayıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hesabatda ordudakı ciddi çatışmazlıqlar qeyd olunub.

Liberal deputat Markus Faber bildirib ki, hücum təhlükəsi zamanı silahlı qüvvələr Konstitusiya ilə müəyyən edilmiş vəzifəsini – ölkənin müdafiəsini lazımi səviyyədə icra etməyə hazır deyil. Donanmaya məxsus binaların yalnız 30%-i tam işlək vəziyyətdədir. HHQ-nə məxsus təyyarələrin əksəriyyəti uçuşa hazır deyil. Quru qoşunlarına məxsus 350 “Puma” zirehli transportyorunun yalnız 40-ı döyüşə hazır vəziyyətdədir. Şəxsi heyət çatışmazlığı da ciddi hiss olunur. 1990-cı ildə sayı yarım milyona çatan orduda indi 180 000 nəfər xidmət edir.

Deputatın fikrincə, ordunu tam müasir səviyyəyə çatdırmaq üçün böyük maliyyə və 8 il vaxt lazımdır. Lakin silahlı qüvvələrə böyük həcmdə vəsait ayrılmasına qarşı çıxanlar da çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə