“...Pis insanlar pis işlər görməkdə davam etməməlidirlər”

ABŞ Bayden və Putin arasında görüş üçün şərtləri açıqlayıb
“...Pis insanlar pis işlər görməkdə davam etməməlidirlər”

Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild ABŞ və Rusiya prezidentləri Cozef Bayden və Vladimir Putin arasında yeni təmaslar üçün şərtləri açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Beləliklə, amerikalı səlahiyyətlinin sözlərinə görə, bundan əvvəl, ilk olaraq, Ukraynadakı gərginliyin azaldılması lazımdır. “Biz açıq şəkildə bildirdik ki, ABŞ prezidentinin bu cür təmaslara başlamazdan əvvəl Rusiya tərəfdən gərginliyin nəzərəçarpacaq dərəcədə azaldılması, eləcə də diplomatiyaya həqiqi və səmimi öhdəliyi tələb olunacaq”, - deyə Bedinqfild bildirib.

Qeyd edək ki, Bayden bir müddət əvvəl Rusiya prezidenti ilə bağlı səsləndirdiyi fikirlərinə də münasibət bildirib.

Onun sözlərinə görə, Putinin “müharibə cinayətkarı” olması barədə bəyanatı Vaşinqtonun siyasi mövqeyi deyil: “Mən sadəcə olaraq qəzəbimi ifadə etmişəm: Putin hakimiyyətdə qalmamalıdır, necə ki, pis insanlar pis işlər görməkdə davam etməməlidirlər”. –deyə ABŞ prezidenti bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə