Belqorod vilayətində hərbi düşərgəyə mərmi atılıb
4 nəfər yaralanıb

Belqorod vilayətində müvəqqəti hərbi düşərgənin ərazisində mərmi partlayıb. Verilən xəbərə görə, 4 hərbçi yaralanıb.

Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbə bildirib. SİA bununla bağlı “rambler”saytına istinad edir.

Xəbərin özəlliyi atəşin Ukrayna tərəfdən həyata keçirilməsi ilə bağlı ehtimallardır.

Daha əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hadisənin Krasnıy Oktyabr kəndi yaxınlığında baş verdiyini bildirrmişdi.

Onun sözlərinə görə, kənd sakinləri arasında ölən və xəsarət alan yoxdur. Ümumiyyətlə, qəsəbə ərazisinə heç bir ziyan dəyməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə