Braziliya prezidenti növbәti dәfә xәstәxanaya yerlәşdirilib

Braziliya prezidenti növbәti dәfә xәstәxanaya yerlәşdirilib

Braziliya prezidenti Jair Bolsonaro bağırsaq keçmәzliyi diaqnozu ilә xәstәxanaya yerlәşdirilib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barәdә Braziliya Tәhlükәsizlik naziri, general Auqusto Heleno mәlumat verib. Mәlumatda bildirilib ki, Jair Bolsonaro bazar günü qarın nahiyәsindәki narahatlıq sәbәbindәn xәstәxanaya aparılıb. Bolsonaronun paytaxtdakı hәrbi xәstәxanaya yerlәşdirildiyi vurğulanıb.

Xatırladaq ki, 2018-ci ildә prezidentliyə namizəd olan Bolsonaro seçicilərlə görüşərkən bıçaqlanıb. Daha sonra Bolsonaro 7 dәfә әmәliyyat olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə