Rusiya Ukraynada hərbi fəaliyyətini azaldır?

Rusiya Ukraynada hərbi fəaliyyətini azaldır?

ABŞ prezidenti Cozef Bayden Rusiyanın Ukraynada hərbi fəaliyyəti azaltmaq planlarını açıqlayıb.

SİA onun fikirlərini “RİA Novosti”yə istinadən xəbər verir.

Beləliklə, Amerika lideri hərəkətə keçənə qədər Rusiya tərəfinin bəyanatını qiymətləndirməkdən imtina edib.

“Görərik, onların hansı addım atdıqlarını görməyincə, bunu qiymətləndirmirəm. Gəlin görək, onlar öz təkliflərini yerinə yetirəcəklərmi”, - deyə Bayden bildirib.

Onun sözlərinə görə, ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın Ukrayna ilə danışıqlarda və əməliyyat zamanı atacağı addımları gözləyir. Bayden həmçinin bildirib ki, o, dörd NATO müttəfiqi: Fransa, Almaniya, ABŞ və Böyük Britaniya liderləri ilə görüşüb.

“...Bizim onların təklif etdiklərini gözləmək haqqında ümumi fikrimiz var idi. Onların nə etdiklərini başa düşürük. Eyni zamanda, biz sərt sanksiyaları davam etdirəcəyik və Ukrayna hərbçilərinə özünümüdafiə imkanları yaratmağa davam edəcəyik”, - deyə o, amerikalı prezident bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə