Salvadorda tayfa üzvlәrinә qarşı әmәliyyat keçirilib, ölәnlәr var

Salvadorda tayfa üzvlәrinә qarşı әmәliyyat keçirilib, ölәnlәr var

Salvadorda tәhlükәsizlik qüvvәlәrinin tayfa üzvlәrinә qarşı keçirdiyi әmәliyyat nәticәsindә 11 nәfәrin dә öldürüldüyü bildirilib.

SİA xəbər verir ki, yerli mәtbuat orqanlarının yaydığı mәlumatda dövlәt başçısı Nayib Bukelenin fövqәladә vәziyyәt elan etmәsindәn sonra polis әmәkdaşlarının әmәliyyatları davam etdirdiyi bildirilib.

Milli Polis hәyata keçirilәn әmәliyyatlar zamanı 11 nәfәrin öldürüldüyünü açıqlayıb.

Belәliklә martın 25-dәn etibarәn davam etdirilәn әmәliyyatlar nәticәsindә ölәnlәrin sayı 87-yә çatıb, saxlanılanların sayı da 600 nәfәri keçib. Sәlahiyyәtlilәr şiddәt olaylarına görә Mara Salvatrucha adlı tayfanın mәsuliyyәt daşıdığını bildirir.

Qeyd edәk ki, Salvador dövlәt başçısı Naib Bukele rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda asayişin tәmin edilmәsi üçün sәrt tәdbirlәrin görüldüyünü vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə