CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

CNN: Rusiya qoşunları Kiyevin ətraf ərazilərini tərk edir

"Rusiya öz qüvvələrini Kiyevin kənarından çıxarmağa başlayıb”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN telekanalı bildirib.

Rusiya qüvvələri Kiyev kənarından geri çəkilməyə başlayıb, diqqətini Ukraynanın cənubu və şərqində əldə edilmiş mövqelərə cəmləşdirir.

Bununla yanaşı, hərbi əməliyyatların havadan davam etdiriləcəyi bildirilir.

Bundan əvvəl Rusiya KİV-i Moskva tərəfindən müharibənin deeskalasiyası üçün iki addım, o cümlədən Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin əhəmiyyətli dərəcədə azaldılması barədə məlumat yaymışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə