Ekvadorda torpaq sürüşmәsi nәticәsindә 4 nәfәr ölüb

Ekvadorda torpaq sürüşmәsi nәticәsindә 4 nәfәr ölüb

Ekvadorda leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә 4 nәfәr hәyatını itirib.

SİA-nın əldə etdiyi məlumata görə, Ekvadorun cәnubundakı Kuenka şәhәrindә leysan yağışları daşqınlar vә torpaq sürüşmәsinә sәbәb olub.

Torpaq sürüşmәsi nәticәsindә 11 nәfәrin dә xәsarәt aldığı bildirilir. Bölgәdәn 436 nәfәrin tәxliyә edildiyi vurğulanıb.

Qeyd edәk ki, şәhәrdә fövqәladә vәziyyәt elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə