Türkiyənin İzmir şəhərində xaricə getməyə cəhd edən 827 qeyri-qanuni immiqrant yaxalanıb, 44 qeyri-qanuni mühacir xilas edilib, 6 təşkilatçı isə saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığı qruplarına qeyri-qanuni mühacirlərin tapıldığı xəbəri daxil olub.
Hərəkətə keçən sahil mühafizə xidmətinin əməkdaşları saxladıqları qayıqda 336 qeyri-qanuni immiqrantı (Əfqanıstandan 223, Banqladeşdən 62, Eritreyadan 28, Yəməndən 15, Somalidən 6, Pakistandan bir və Sudandan 1) aşkar ediblər.
Qayıqda olan 330 qeyri-qanuni immiqrant və təşkilatçı olduqları iddia edilən 3 şübhəli tutularaq nəzarətə alınıb.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB