Rusiyanın qaz ödənişi tələbi rədd edilib

Rusiyanın qaz ödənişi tələbi rədd edilib

Almaniya G7 ölkələrinin Rusiya lideri Vladimir Putinin qaz ödənişlərinin rublla edilməsi tələbini rədd etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın energetika naziri Robert Habek bütün G7 ölkələrinin nazirlərinin yekdil qərara gəldiyini və Putinin tələbinin qəbuledilməz olduğunu bildirib. Bundan dərhal sonra rusiyalı deputat Abramov G7-nin rublla ödəniş etmədiyi təqdirdə təbii qazın nəqlinin mütləq dayandırılacağını qeyd edib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə