Türk dünyası "Oskar" həyəcanı yaşayıb - FOTOLAR

Türk dünyası "Oskar" həyəcanı yaşayıb - FOTOLAR

Dünən səhər ABŞ-ın Los-Anceles şəhərində kino dünyasının ən böyük təşkilatı olan “Oskar" mükafat mərasimi baş tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbulda təşkil olunan əyləncə gecəsi ilə türk məşhurları da "Oskar" həyəcanını yaşayıb.

Türkiyəli aktyorlar Serenay Sarıkaya, Meriç Aral, Cem Bonomo və həyat yoldaşı Öykü Karayel, Merve Dizdar, Uraz Kaygılaroğlu və Esra Dermancıoğlu qonaqlar arasında olub. Eyni zamanda Esra Dermancıoğlu "Oskar"da qalmaqala imza atan Uill Smitin modeli ilə poza verib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə