Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb

Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb

Bolqarıstanın Asenovqrad şəhəri yaxınlığındakı Plovdiv bölgəsindəki quşçuluq fermasında yüksək patogenli quş qripinin növbəti epidemiyası qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

180 minə yaxın toyuq olan quşçuluq fermasında yüksək patogenli A tipli virusun törətdiyi xəstəlik tapılıb. 2019-cu ildən indiyədək bu təsərrüfatda xəstəliyin üçüncü epidemiyası aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə