Ukrayna üçün yardım fondu...

ABŞ senatorları Rusiyanın aktivlərinin müsadirəsindən əldə olunan gəlirlərin Ukraynaya yardım üçün istifadəsini təklif edən qanun layihəsi hazırlayıblar.

SİA bu barədə TASS-a istinad edir.

Beləliklə, Koloradodan demokrat senator Maykl Bennet və Ohayodan respublikaçı senator Rob Portman “Ukraynalı qaçqınlara kömək etmək və Ukraynanı bərpa etmək üçün” fondun yaradılması təşəbbüsü ilə çıxış ediblər. Yaradılacaq fondun Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən idarə olunacağı güman edilir.

Əslində, senatorlar yaradılacaq fondu saxlamağın optimal yolunu da tapıblar; rusiyalı oliqarx və varlı vətəndaşların aktivlərinin dondurulması üzərindən keçməklə onların aktivlərinin müsadirə edilməsi.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl keçmiş amerikalı diplomat Ças Friman ABŞ hakimiyyətinin Ukraynadakı münaqişənin eskalasiyasında maraqlı olmadığını bildirmişdi.

Onun sözlərinə görə, bu gün Vaşinqton atəşin üzərinə yağ tökür. Bundan əlavə Friman iddia edirdi ki, ABŞ administrasiyasının hərəkətləri Rusiyanın xüsusi hərbi əməliyyatının mümkün qədər davam etməsini təmin etmək məqsədi daşıyır. Bunu Kiyevə hərbi yardımın göstərilməsi göstərir.

Maraqlıdır ki, keçmiş diplomat ABŞ dünyada hegemonluğunu saxlamaq üçün Rusiya ilə elan olunmamış müharibə aparır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə