Qazaxıstan konstitusiyasına dəyişikliklərin müddəti açıqlanıb

Qazaxıstan konstitusiyasına dəyişikliklərin müddəti açıqlanıb

Qazaxıstan hakimiyyəti ölkənin siyasi sistemini transformasiya etmək üçün 2022-ci il iyunun sonuna qədər konstitusiyaya dəyişiklik etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Respublika Senatının spikeri Maulen Aşımbayev deyib.

Söhbət Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin elan etdiyi islahatlardan gedir. O, super-prezident idarə formasını aradan qaldırmaq, parlamentin səlahiyyətlərini gücləndirmək, siyasi partiyaların qeydiyyatını sadələşdirmək, hakimiyyətin bir hissəsindən imtina etmək və qarışıq seçki sistemini tətbiq etmək niyyətindədir. Bu təşəbbüslərin həyata keçirilmə vaxtı əvvəllər açıqlanmayıb.

“Biz bu prosesi təxirə salmayacağıq. Çox güman ki, sessiyanın sonuna – iyunun sonuna kimi biz əsas dəyişiklikləri yəqin ki, qəbul edəcəyik”, – Aşımbayev bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə