“Rusiyaya iqtisadi təzyiqin artması Qərbi parçalaya bilər”

“Rusiyaya iqtisadi təzyiqin artması Qərbi parçalaya bilər”

“...Rusiyaya əlavə məhdudlaşdırıcı tədbirlər şəklində iqtisadi təzyiqlərin artırılması Avropada ciddi iqtisadi böhrana səbəb olacaq və bu da Qərbin birliyinin parçalanmasına səbəb ola bilər”.

Rusların “rambler” saytının yazdığına inansaq, bunları guya ingilislərin “Financial Times” nəşri yazıb. SİA həmən mənbəyə istinsd edir.

Beləliklə, nəşrin yazdığına görə, Qərb ölkələri Rusiyaya qarşı “görünməmiş” sanksiyaları elan etməklə bu güm “sürət və birliklərinə hətta özlərini belə təəccüblənməyə başlayıblar”.

Eyni zamanda, Moskva ilə münasibətlərdə yaranan “iqtisadi fasilənin” nəticələri artıq Avropada özünü kəskin şəkildə hiss etdirməyə başlayıb.

Ukraynalı qaçqınların axını səbəbindən qiymətlərin artması, elektrik enerjisinin olmaması, iş yerlərinin itirilməsi və sosial problemlər və daha nələr artıq qabarıq şəkildə özünü göstərəcəyi istisna edilmir.

Məsələn, “The Financial Times” yazır ki, Böyük Britaniyanın elektrik enerjisi ödənişləri apreldə 50 faiz, sonra isə, oktyabrda eyni məbləğdə arta bilər.

Bundan əlavə, bu gün hökumətlərin ərzaq qiymətlərinin artmasının təsirlərini yumşaltmaq üçün kifayət qədər resurslara malik olmadığı bir vaxtda Yaxın Şərq və Afrikada aclığın kəskin artması və nəticədə Avropaya qaçqın axını da ola bilər.

...Vay onda Avropanın halına.

“...Bu gün iqtisadi təzyiq artdıqca Qərbin birliyi parçalana bilər və bu, müxtəlif dairələrdən siyasi liderlərə təzyiqlərə səbəb ola bilər”. Bunu da ingilis nəşri yazır və əlavə edir ki, artıq Qərb hökumətləri arasında gərginlik özünü büruzə verməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə