Yaponlardan rusların dəbdəbəli mal ixracına qadağa...

Yaponlardan rusların dəbdəbəli mal ixracına qadağa...

Yaponiya aprelin 5-dən Rusiyaya dəbdəbəli malların ixracına qadağa tətbiq etdiyini açıqlayıb

...Deməli, aprelin 5-dən etibarən Yaponiya Rusiyaya göndərilən dəbdəbəli malların ixracına qadağa qoyur.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Koişi Haqiuda bildirib.

Beləliklə, Yaponiya hakimiyyət orqanlarının bəyanatına görə, qadağaya premium avtomobillərin, qiymətli daşların və zinət əşyalarının ixracı daxildir.

Bundan əvvəl Yaponiya Xarici İşlər Nazirliyi ölkənin Rusiyaya qarşı sanksiyalarını genişləndirdiyini bildirmişdi. Yeni məhdudiyyətlər paketinə 25 rusiyalı və 81 təşkilat daxildir. Sanksiya siyahısına Kremlin sözçüsü Dmitri Peskov və onun həyat yoldaşı Tatyana Navka, VEB.RF dövlət inkişaf korporasiyasının sədri İqor Şuvalov və “Severstal”ın rəhbəri Aleksey Mordaşov daxildir.

Xatırladaq ki, martın 18-də Yaponiya Rusiyaya qarşı ikinci sanksiyalar paketini təqdim etdi. Bu dəfə 15 fiziki şəxs və 9 şirkət məhdudiyyətlərə məruz qaldı. Onların arasında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, müdafiə nazirinin 8 müavini, rəsmi şəxslər və sahibkarlar var idi.

Onu da xatırladaq ki, Tokio ilk sanksiyalar paketini martın 15-də elan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə