Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanı silahla təmin etməkdən qorxan ölkələrə müraciət edərək bildirib ki, bu qorxu onları Rusiyanın təcavüzü nəticəsində Ukraynada baş verən fəlakətin məsuliyyətini üzərinə götürür.
Bu barədə dövlət başçısı “Facebook” sosial şəbəkəsində ukraynalılara etdiyi videomüraciətində bildirib. SİA bununla bağlı Ukrayna mətbuatına istinad edir.
Beləliklə, Zelenski bildirib ki, həftə ərzində tərəfdaş ölkələrdən olan Danimarka, Norveç, Hollandiya, Yunanıstan və Avstraliya parlamentlərində də çıxış edəcək. Ukrayna prezidentinin sözlərinə görə, o bu çıxışların təkcə siyasətçilər qarşısında deyil, cəmiyyətlər qarşısında da etmək istəyir. Zelenskiyə görə, bu çox vacibdir.
“...Mən Ukraynaya kömək edib dəstəkləmək üçün onu eşitməyə hazır olan milyonlarla insanın qarşısında çıxış etmək istəyirəm. Dünya hiss etməlidir ki, biz ümumi azadlığımız üçün mübarizə aparırıq...”.
“...Bu gün heç kimin Rusiyada bəzi mənfəətləri və ya Rusiya ilə ümumi mənfəətləri saxlamaq üçün ukraynalıların həyatından istifadə etmək hüququ yoxdur. Ukraynalılar isə, sadəcə olaraq, lazımi silahları Ukraynaya təhvil verməyə cəsarət tapa bilməyən bəzilərinə görə ölməməlidirlər”, - deyə Zelenski bildirib
Ukrayna prezidenti təkcə Avropa xalqlarının deyil, eləcə də, dünya xalqları onu eşidib dəstəkləyəcəklərinə əmindir. Bununla bağlı Zelenski “...bütün siyasətçilər indidən düşünməlidirlər ki, öz xalqının mövqeyinə uyğun gəlməsələr, onların nələri olacaq" –deyə dünyaya çağırış edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB