Müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxilə fonunda Almaniya hökuməti Almaniya ərazisində Z simvolundan istifadəyə görə cinayət məsuliyyəti tətbiq edir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Reuters” Almaniya Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Qeyd edək ki, bir müddət bundan əvvəl SİA da bu məsələ ilə bağlı məqlə vermişdi. Amma... beləliklə, Federal hökumətin daxili işlər nazirliyinin sözçüsü məsələ ilə bağlı jurnalistlərə bildirib ki, bu, Almaniyanın Z hərfini tamamilə qadağan edəcəyi anlamına gəlmir:
“Z hərfi, əlbəttə ki, qadağan deyil, lakin onun istifadəsi bəzi hallarda Rusiyanın təcavüzkar müharibəsinin təsdiqi demək ola bilər”, -deyə Daxili İşlər Nazirliyi sözçüsü bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB