Eks-prezidentin ABŞ-a ekstradisiyası təsdiqlənib

Eks-prezidentin ABŞ-a ekstradisiyası təsdiqlənib

Hondurasda Ali Məhkəmə keçmiş prezident Xuan Orlando Hernandezin ABŞ-a ekstradisiyası barədə qərarı təsdiqləyib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Eraldo” nəşri yayıb. Belə ki, nəşrin verdiyi məlumata görə, Hondurasın eks-prezidenti orada narkotik qaçaqmalçılığında iştirakda ittiham olunur.

Qeyd edək ki, Hernandezin səlahiyyət müddəti yanvarın sonunda başa çatıb və bundan sonra hakimiyyət ekstradisiya tələbi daxil olan siyasətçini saxlayıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Onu da bildirək ki, hazırda Hernandezin vəkilləri qərardan apellyasiya şikayəti verə bilərlər.

Yeri əlmişkən xatırladaq ki, 2021-ci il martın sonunda ABŞ məhkəməsi Honduras prezidentinin qardaşı Xuan Antonio Hernandes barəsində hökm çıxarıb. Qeyd edək ki, o da narkotik alverində iştirak etdiyinə görə ömürlük həbs cəzası alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə