"Qızıl alma" ilk uçuş testini 2023-cü ildə keçirəcək?

"Qızıl alma" ilk uçuş testini 2023-cü ildə keçirəcək?

Türkiyənin müdafiə sənayesi üzrə istehsal planına daxil olan Döyüş Pilotsuz Təyyarə Sisteminin (MİUS) hazırlıqları ilə bağlı məlumat yayımlanıb.

Bununla bağlı Türkiyənin müasir texnologiya hərəkatının banisi hesab edilən “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar özünün rəsmi tviter hesabında paylaşım edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

"Qızıl alma" MİUS-un yeni görüntülərinin də yer aldığı paylaşımda "Qızıl alma"nın inkişaf modelinə qanadların bağlandığı görülüb.
"Qızıl alma"nın ilk uçuş testini 2023-cü ildə keçirməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə