Ruslar bu dəfə Rivnedəki neft anbarını vurublar

Ruslar bu dəfə Rivnedəki neft anbarını vurublar

Ukrayna saytlarının yazdığına görə, ruslar növbəti dəfə Ukrayna ərazisinə raket zərbələri endiriblər. Belə ki, bu dəfə onlar Rivne bölgəsindəki neft anbarını vurublar.

SİA bu barədə Rivne OVA-nın rəhbəri Vitali Kovalın dediklərinə istinsd edir.

“...Düşmən yenidən Rivne bölgəsinə raket zərbəsi endirib. Zərbə altında qalan, yenə neft anbarıdır. Fövqəladə hallar üzrə Dövlət Xidməti və kimya laboratoriyası həmin yerə yola düşüb", -deyib Koval bildirib.

Şəhər meri həyəcan siqnalının hələ də davam etdiyini vurğulayaraq, yerli sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Qeyd edilməlidir ki, son bir neçə gündür ki, ruslar daha çox Ukraynadakı neft bazalarını hədəfə alıblar. Belə ki, ruslar martın 26-da Lvovdakı, sonrakı gün isə Lutskdakı neft bazasına raket hücumu ediblər. Qeyd edək ki, bu yanğınların söndürülməsi hələ də davam edir.

Bu arada Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya öz təyyarələrini təhlükəyə atmamaq üçün Ukraynanı uzaqdan raketlərlə bombalayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə