ABŞ Avropaya elektron döyüş təyyarələri yerləşdirəcək

Pentaqon altı elektron döyüş təyyarəsinin Almaniyaya təhvil verildiyini açıqlayıb
ABŞ Avropaya elektron döyüş təyyarələri yerləşdirəcək

ABŞ Almaniyaya altı “EA-18G Growler” elektron müharibə (EW) təyyarəsi yerləşdirir.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

Yeri gəlmişkən, avadanlıqla birlikdə təxminən 240 ABŞ hərbi qulluqçusunun da Almaniyadakı Şpanqdal aviabazasına gələcəyi gözlənilir.

Verilən məlumatlara görə, Vaşinqton bu addımını Almaniya hökuməti ilə koordinasiya əsasında, NATO-nun kollektiv qüvvələrini gücləndirmək üçün həyata keçirildiyini bəyan edib.

Qeyd edək ki, hələ 2021-ci ildə Rusiyanın Baltik və Şimal donanmalarının hərbçiləri ultra uzun mənzilli elektron döyüş stansiyalarının sınaqdan keçirildiyi təlimlər keçirmişdi.

...İndi belə görünür ki, bununla NATO ruslara cavab sərgiləyir..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə