Ronaldodan gələcəyi ilə bağlı açıqlama

Ronaldodan gələcəyi ilə bağlı açıqlama

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo gələcəyi ilə bağlı fikirlərini bildirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu hələ karyerasını başa vurmağı düşünmədiyini deyib:“Mən futboldan həzz alıram. Özümü "Mançester Yunayted" və Portuqaliya millisi üçün faydalı hiss edirəm .

İstədiyim zaman qərar verəcəyəm. Oynamağa davam etmək istəsəm, qalacağam, xoşuma gəlməsə, daha oynamayacağam”.

Qeyd edək ki, Ronaldonun "Mançester Yunayted"lə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə