Ərdoğan Özbəkistana səfər edəcək

Ərdoğan Özbəkistana səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan sabah Özbəkistanın paytaxtı Daşkəndə səfər edəcək.

SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın səfəri zamanı Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçiriləcəyi gözlənilir.

Ərdoğanın böyük heyətlə səfəri zamanı imzalanacaq ikitərəfli müqavilələrlə ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdırılması gözlənilir.

2018-ci ildə yaradılmış Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası 2020-ci ildə paytaxt Ankarada keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə