Meksikanın Miçoakan əyalətində silahlı qruplaşmanın qanunsuz xoruz döyüşünün aparıldığı bölgəyə təşkil etdiyi hücumda ən azı 19 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın qərbində yerləşən Miçoakan ştatında silahlı qrupun qanunsuz xoruz döyüşdüyü yerə atəş açması nəticəsində azı 19 nəfər həlak olub. Məhkəmə-tibb ekspertləri həyatını itirən 19 nəfərdən 16-nın kişi, 3-nün qadın olduğunu, çoxlu sayda insanın yaralandığını açıqlayıb. Şahidlər həmçinin bildiriblər ki, hücum edənlər hadisə yerindən qaçarkən təsadüfi atəş açıblar. Hücumun səbəbi hələ müəyyən edilməsə də, hücum edənləri tutmaq üçün əsgərlər səfərbər edilib.
Son aylarda Meksikanın müxtəlif bölgələrində silahlı qruplar öz rəqiblərini hədəfə alaraq dəfn mərasimlərinə, barlara və klublara hücum ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB